Qoşma (köməkçi nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir.
Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır.
== Qoşmanın məna növləri ==
Birgəlik, vasitə – ilə (-la, -lə), -ca (-cə)
Zaman – əvvəl, qabaq, sonra, bəri.
Məsafə – kimi, qədər, -dək, -can²
İstiqamət – sarı, tərəf, doğru, qarşı.
Bənzətmə – kimi, qədər, tək, təki, -ca.
Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə.
İstinad – görə, əsasən, istinadən
Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, naminə, sarı.
Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə.
== Qoşmaların sinonimliyi ==
kimi, qədər, -dək, -can2; məsafə qoşmaları
kimi, tək; bənzətmə, müqayisə mənasında
əvvəl, qabaq; zaman mənasında
tərəf, doğru, sarı; istiqamət mənasında
-ca, qədər, kimi, -tək; bənzətmə mənasında
-ca, ilə: birgəlik, vasitə mənasında və s.